MENU
QASTRONOM

Türkiyənin məxsusi olaraq bizim tərəfdən seçilib ölkəmizə gətirilən orqanik brend məhsulları: pendir, zeytun-zeytun yağı çeşidləri, hisə verilmiş ət, 100% dana ətindən hazırlanmış PRIVE kolbasa, quru paxlalı bitkilər və makaronları Restoranımızın Qastronom köşəsindən əldə edə bilərsiniz.

QƏSSAB DÜKANI

Prive üçün xüsusi şəkildə yetişdirilən dana və quzulardan əldə etdiyimiz, qəssabımızın  toxunuşu ilə mükəmməl formaya salınan 100 % halal ət məhsullarımız ilə manqal qonaqlığınız dillərə dastan olacaq.

PRIVE BAKLAVA & PRIVE MEZZE GALLERY

PAXLAVA

Paxlavanın vətəni olan Qaziantep ustaları doğma Bakıda – PRIVE mətbəxində sizlər üçün qollarını çırmalayırlar. Peşəkar paxlava ustalarımızın əllərindən bu təamları mütləq dadmalısınız.

MƏZƏ (QƏLYANALTI)

Türk mətbəxinin ən ləziz, könüloxşayan  qəlyanaltısını bir də PRIVE-da dadın! Fərqi özünüz görün.

PRIVE KUYU VE ÇAĞ KEBABI & DRY AGED

CAĞ&TƏNDİR

Ərzurum bölgəsinə xas olan quzu ətindən hazırladığımız, palıd ağacı odununda bişən cağ kababımızı həftənin hər günü saat 12:00 – 17:00 arasında dad bilərsiniz. Yalnız şənbə və bazar günləri dada biləcəyiniz büryan və təndirdə hazırlanan quzumuzu isə 100 illik tarixi metod və formada bişiririk.

DRY AGE

Siz heç DRY AGE dolabında saxlanılan ətin ləzzətini bilirsiniz? Kəsildikdən 21-28 gün ərzində sümükləri üzərində saxlanılan dana ətlərimiz ləzzətli, yumuşaq, aromatlı və rahat həzm edilən hala gəlir. Bu ləzzətdən siz də xəbərdar olmaq üçün buyurub qonağımız ola bilərsiniz!

ŞARAP KAVI & VIP KABİNETLER

ŞƏRAB

Təkrarolunmaz ləzzətlər şərabla daha da valehedici damaq dadı əmələ gətirir. Buna görə dünyanın ən yaxşı üzüm sortlarından hazırlanmış şərab brendlərini restoranımızda sizin üçün təklif edirik.

VIP KABİNETLƏR

Dizaynında yalnız müasir tələblərə cavab verən mebellər və texnoloji sistemlərlə təchiz edilən VIP otaqlarımız sayəsində iclas, ad günü və ya digər xüsusi dəvətlərinizi layiqli şəkildə həyata keçirə bilərsiniz.

PRIVE KIDS GALLERY & KIŞ BAHÇESİ

PRIVE KIDS GALLERY

Uşaqlarınız ali təhsilli, gülər üzlü və şirin dilli dayələrimizin  nəzarəti altında əylənərkən, siz də tam əminliklə ləziz yeməklərinizi böyük zövqlə yeyə bilərsiniz.

QIŞ BAXÇASI

Günəş şəfəqləri ruhunuza hoparkən harmoniya və rahatlıqla zəngin qış bağçamızda böyük zövqlə istirahətinizi unudulmaz notlarla başa vura bilərsiniz, həm də ilin istənilən vaxtı!

Saat

Açıq

plate

Bazar ertəsi - Cümə

7:00 - 11:00 (Səhər yeməyi)
11:00 - 22:00 (Nahar/Şam)

Şənbə - Bazar

8:00 - 13:00 (Səhər yeməyi)
13:00 - 21:00 (Nahar/Şam)

+994 12 598 05 55

Rezervasiya

online booking

plate